Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Cənab Prezidentin Zəfər Qurultayında nitqi diaspor fəaliyyətinin gələcək istiqamətləri üçün “yol xəritəsi”dir

0

  •           İşğaldan
    azad olan ərazilərin bərpa olunmasını öz
    maliyə hesabına həyata keçirdən Azərbaycan bərpa və yenidənqurma işlərini sürətli şəkildə
    həyata keçirdir. Su anbarlarının gələcək istismarı minalardan azad olunan ərazilərdə onminlərlə ərazilərin suvarılması üçün Köndələnçay 1, Köndələnçay 2, və aşağı Köndələnçay su
    anbarının  bərpası ilə Füzuli rayonunda
    6200 hektar əkin sahəsi suvarılıb əkinə yararlı olacaq. Ümumilikdə işğaldan
    azad olan ərazilərdə 9 su anbarı tikilir və təmir olunur. Bu da  regionda
    iqtisadiyyatın yüksək inkişafı deməkdir. Qarabağın aqrar potensialının açılması deməkdir. İşğal dövründə ermənilərin məqsədli şəkildə təzyiq
    vasitəsi kimi istifadə  etdiyi su anbarlarının bərpası sudan məqsədyönlü istifadə keçmiş məcburi köçkünlərin həyat şəraitinin
    yaxşılaşdırılması, məşğulluğun artırılması, ölkədə ərzaq təhlükəsizliyinin təmin
    edilməsi deməkdir.

              Qarabağa qayıdış proqramının əsas tərkib
    hissəsindən biri də yol infrastrukturunun qurulmasıdır. Şuşaya çəkilən böyük Zəfər
    yolunun cığırı qəhraman əsgər və zabitlər tərəfindən açılıb. İndi bu işlər
    uğurla davam etdirilir. Məqsəd Şuşaya avtomobillərlə rahat və tez getməkdir.
    Eyni zamanda  Füzuli, Şuşa yolunun digər önəmi bu yollarının Zəngəzur
    yolu ilə birləşməsindədir. Yolun uzunluğu 81,6 km hərəkət zolağının sayı 4-6 ədəd,
    hərəkət zolağının eni 3,5 m-dir.

            Yol boyu
    7 tunelin tikintisi aparılır. Tunellərdə havalanma və izolyasiya sistemləri də
    quraşdırılır. Yol boyu müxtəlif yerlərdə torpaq yataqlarının körpülərin, yeraltı keçidlərin, suötrücü qurğuların qurulması uyğun şəkildə icra olunur.

          Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 2024-ci
    ildə başa çatdırılması planlaşdırılır.

              Aparılan kompleks işlər çərçivəsində
    Şuşa şəhərinin tarixi görkəminin özünə qaytarılması və mədəni həyatına
    qovuşması üçün bərpa quruculuq işləri aparılır. Dövlət başçısı 10 hektar ərazisi
    olan  Şuşa şəhərində tullantıların idarə
    olunması paliqonunda gedən işlərlə yaxından tanış oldu. Paliqonda 600 ədəd 4 çeşid üzrə smart kantiner və 11 ədəd xüsusi texnika nəzərdə tutulub.
    Söküntü materialların çeşidlənməsi, su təchizatının  təminatı 2 mərhələdə paralel layihələrlə
    aparılacaq. 

              Prezident İlham Əliyev Şuşa şəhər
    inzibatı binanın təmiri və konfrans zalının tikintisi ilə tanış oldu. Dünya Azərbaycanlıların vahid amal uğrunda
    birləşməsi  Azərbaycançılıq fəlsəfəsinin
    banisi Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Hələ 1991-ci ildə Naxçıvanda Ümummilli
    liderin təşəbbüsü ilə 31- Dekabr Dünya
    Azərbaycanlılarının Günü kimi elan edildi. 2001-ci ildə Dünya Azərbaycanlıları bir araya gəldi, I Qurultay keçirildi. 2006, 2011, 2016-cı illərdə davam etdirildi. Növbəti qurultay 22 aprel 2022-ci il tarixində 65 ölkədən 400 Azərbaycanlı Şuşaya toplandığı Zəfər qurultayıdır. Qurultayı 
    Prezident şəhidlərimizin xatirəsinin 1 dəqiqə sükutla yad edilməsi ilə başladı. Şəhidlərə Allahdan rəhmət, yaxınlarına səbr dilədi. Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlıların V qurultayında çıxış edərək bildirdi ki, 5 pirinsipdən ibarət təklif irəli sürüb və bu pirinsipin Ermənistan rəhbərliyi
    tərəfindən qəbul edilib. Ermənistan rəsmən
    bəyan etdi ki Azərbaycan ərazilərinin bütövlüyünü tanıyır və Azərbaycana qarşı
    heç bir ərazi iddiası yoxdur, gələcəkdə də olmayacaq. Bu postmünaqişə üçün vacib məqamdır və bu 5 pirinsip əsasında
    danışıqların aparılmasını və uzadılmamasını bildirdi. Gələcəkdə sülh müqaviləsinin
    imzalanması haqqında xoş münasibətindən danışdı. Əgər imtina olunsa, biz Ermənistanın
    ərazi bütövlüyünü tanımayacayıq və rəsmən elan edəcəyik, deyə qətiyyətlə çıxış etdi. Sanki bu çıxış bizə
    Prezidentimizin xalqa səsləndiyi və elan etdiyi bu kəlməni yada salırdı. Əziz Şuşa sən azadsan! Bu qurultay əziz Zəngəzur, Xankəndi və Xocalı, sən azadsan sözünü göz önünə gətirdi. Biz bu gün qürurla deyirik ki, Qarabağ Azərbaycandır!

               Rahilə Əliyeva,           Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib78 dəfə
    Cənab Prezidentin Zəfər Qurultayında nitqi diaspor fəaliyyətinin gələcək istiqamətləri üçün “yol xəritəsi”dir

    Maraqlı gələ bilər
    40
    46
    11